Prezident livanlı həmkarını təbrik etdi, əfqanıstanlı həmkarına başsağlığı verdi


18:45     21 Noyabr 2018 18_11_21_1542810422.jpg


Prezident İlham Əliyev 2 sərəncam imzalayıb.

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm".

***

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Kabil şəhərində törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Biz bu dəhşətli terror aktından olduqca hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Femida.az

Açar sözlər:

Oxunub: 409