Tramp Səudiyyə Ərəbistanına təşəkkür etdi


19:20     21 Noyabr 2018 18_11_21_1542813686.jpg

ABŞ prezidenti Donald Tramp neftin qiyməti düşdüyünə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.

Femida.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb:

“Neftin qiyməti enir. Möhtəşəm! Amerika və dünya üçün vergilərin azalması kimi... 82 dollar idi, 54 olub. Səudiyyə Ərəbistanına təşəkkür. Gəlin, bir az da endirək!”.

Xatırladaq ki, ABŞ prezidentinin Səudiyyə Ərəbistanına sanksiya tətbiqindən imtina etməsindən sonra neftin qiyməti düşməyə başlayıb.

Açar sözlər:

Oxunub: 408