Gömrük Komitəsinə 1,9 milyon müraciət daxil olub


19:30     21 Noyabr 2018 18_11_21_1542813751.jpg

2018-ci ilin yanvar-oktyabr ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 983 min 194 elektron müraciət daxil olub.
Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, daxil olunan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir.

Həmçinin bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinə 253 min 862 müraciət daxil olub.

Açar sözlər:

Oxunub: 393