Putindən müsahibə alan jurnalist 30 milyon qazanacaq


19:59     21 Noyabr 2018 18_11_21_1542814187.jpg

NBC telekanalının amerikalı jurnalisti Meqin Kelli işdən qovulacağı zaman 30 milyon dollar alacaq.

Femida.az xəbər verir ki, bu barədə “Page six” informasiya yayıb.

Nəşrin məlumatına görə, jurnalist 2017-ci ildə NBC-nin sahibi olduğu telekommunikasiya konqlomeratı ilə 69 milyon dollar dəyərində üçillik müqavilə imzalayıb. Müqavilənin pozulması şərtlərinə əsasən, o bu pulun sadəcə bir hissəsini – 30 milyon dollarını ala biləcək. Jurnalistin işdən çıxarılması prosesi sənədləşmə işlərinə görə gecikib.

Kelli telekanalın efirində “Halloven” kostyumları ilə bağlı bir sıra kobud ifadələr səsləndirdiyinə görə müqaviləsinin pozulması məsələsi gündəmə gəlib.

Qeyd edək ki, Meqin Kellini dünya mətbuatında məşhurlaşdıran əsas məqam onun liderlərlə çoxsaylı müsahibələridir. O, həmçinin 2018-ci ilin martında Rusiya Prezidenti Vladimir Putindən də müsahibə alıb.

Açar sözlər:

Oxunub: 450