Şəkidə yol qəzası baş verib, xəsarət alan var


20:14     21 Noyabr 2018 qeza_avto.jpg

Şəki rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Şəki şəhər Bağbanlar küçəsinin sakini, 1998-ci il təvəllüdlü Təbriz İmran oğlu Eyvazov idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, açıq kəllə-beyin travması diaqnozu qoyulan T.Eyvazov Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 332