Merkelə bomba göndərən qadın 8 ildən sonra tutuldu


21:13     21 Noyabr 2018 18_11_21_1542818018.jpg

Almaniya kansleri Angela Merkelə partlayıcı maddə göndərən qadın həbs olunub.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı Yunanıstan vətəndaşı paytaxt Afinada saxlanılıb.

Məlumata görə, 2010-cu ildə Merkelə göndərilən 14 bombalı paketdə həmin şəxsin əl izləri aşkar edilib. Bu səbəbdən onun həbsinə qərar verilib.

Kitab mağazası işlədən qadın isə ittihamları rədd edərək, Merkelə hər hansı bağlama göndərmədiyini, əl izlərinin həmin paketlərə necə düşməsindən xəbərsiz olduğunu söyləyib.

Açar sözlər:

Oxunub: 481


Oxşar xəbərlər