Sabiq ədliyyə naziri vəfat etdi


09:14     22 Noyabr 2018 18_11_22_1542863990.jpg


Azərbaycanın sabiq ədliyyə naziri Nəriman Yusifov uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.

Femida.az Musavat.com-a istinadən xəbər verir ki, Nəriman Həbib oğlu Yusifov indiki Ermənistanın ərazisində qalmış qədim Azərbaycan torpağında, Vedibasar mahalının Böyük Vedi kəndində doğulub. Bakıda ali hüquq təhsili alıb. Müxtəlif vəzifələrdə çalışıb. 1966-78-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib.

Nəriman Yusifov Moskvada çalışdığı illərə dair “12 il Moskvada – Kremldə” adlı kitab yazıb. Kitabda müəllif Mikoyan, Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib.

Azərbaycana döndükdən sonra N.Yusifov Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışıb.

N.Yusifov uzun həyatı boyunca hansı postda çalışıbsa tabeçiliyində olanların rəğbətini qazanıb və onlar onu daima xoş sözlərlə yad ediblər.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: ədliyyə   nazir  

Oxunub: 1242