15 milyondan çox nigah aktı elektronlaşdırılıb


09:18     22 Noyabr 2018 nikah%20m.jpg


"Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilib, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılaraq 75 il ərzində toplanmış 15 milyondan çox akt qeydi nəhəng iş sayəsində elektron formata keçirilərək bu sistemə daxil edilib".

Femida.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

"Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalıb, qeydə alınmış doğumların sayı isə 45 faiz artıb.

Doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik olan elektron xidmətlər istifadəyə verilib.

Təsadüfi deyil ki, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşür", - deyə nazir bildirib.

Femida.az

Açar sözlər: #ədliyyə   #nazir   #qanun  

Oxunub: 1641