Həbsxanalarda ölüm halları 40 faiz azalıb - Fikrət Məmmədov

"Həbsxanalarda ölüm halları 40 faiz azalıb" - Fikrət Məmmədov


09:26     22 Noyabr 2018 fikret%20m.jpg

"Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılmış, qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişlənmiş, infrastruktur yaxşılaşdırılmış, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib".

Femida.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

"Saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb".

Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycanın nailiyyətlərinin yayılmasını tövsiyə edib, Nazirliyin Vərəm üzrə Təlim Mərkəzinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq status verilib, 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnib, bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb", - deyə nazir bildirib.

Femida.az

Açar sözlər: #ədliyyə   #həbsxana   #ölüm   #məhbus  

Oxunub: 605