14 min bələdiyyə aktı ləğv edilib - 50 min hektar torpaq geri qaytarılıb


09:46     22 Noyabr 2018 torpaq.JPG


"Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 50 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb".

Femida.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

"Ötən dövrdə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında yarım milyona yaxın bələdiyyə aktına baxılmış, 14 min bələdiyyə aktı ləğv edilmiş və ya dəyişdirilmiş, qanunsuz ayrılmış 50 min hektardan artıq torpaq sahəsi geri qaytarılmış, bələdiyyələrə 32 min tövsiyə göndərilib", - deyə o söyləyib.

Femida.az

Açar sözlər: #torpaq   #bələdiyyə   #qanun   #ədliyyə  

Oxunub: 559