Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü


11:01     22 Noyabr 2018 18_11_22_1542870354.jpg


Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev ilə görüş keçirib.

Bu barədə Rusiya TŞ-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, görüş zamanı tərəflər iki ölkənin müxtəlif nazirlikləri və qurumları arasında qarşılıqlı fəaliyyət perspektivlərini, terrorizmə qarşı mübarizə məsələlərini, habelə Xəzərin hüquqi statusu ilə bağlı məsələləri müzakirə ediblər.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin illik iclasında iştirak edib. / Report

Femida.az

Açar sözlər: #Ramiz_Mehdiyev   #Rusiya   #təhlükəsizlik  

Oxunub: 422