Erməni generalın aprel döyüşləri ilə bağlı məhkəməsi təxirə salındı


11:35     22 Noyabr 2018 18_11_22_1542872193.jpg


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, 2008-2017-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi olan general-polkovnik Yuri Xaçaturovun onu aprel döyüşlərindəki yarıtmaz fəaliyyətinə görə tənqid edən erməni politoloq Stepan Qriqoryana qarşı şikayəti üzrə keçiriləcək məhkəmə iclası təxirə salınıb.

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Xaçaturovun vəkili Qriqor Bəkməzyan bildirib. Onun sözlərinə görə, 21 noyabrda Xaçaturovun Qriqoryana qarşı iddiası üzrə məhkəmə prosesi başlamalı idi. Lakin qarşı tərəfin özü və vəkili məhkəməyə gəlmədiyindən, iclas 30 yanvar tarixinə təxirə salınıb.

Qeyd edək ki, erməni politoloq Stepan Qriqoryan cari ilin 30 iyulunda “A1+” telakanalına verdiyi müsahibəsində 2016-cı ilin aprel döyüşlərində Ermənistanın məğlubiyyətinə görə məsuliyyəti İrəvandakı rəhbərliyin və ordudadı generalların, xüsusən də, həmin vaxt baş qərargah rəisi olan Yuri Xaçaturovun üzərinə qoyub. Aprel döyüşlərində ermənilər üçün alçaldıcı və yarıtmaz davranış sərgilədiklərinə görə Qriqoryan Xaçaturov və digərlərinin ünvanına bir neçə təhqiramiz ifadələr səsləndirib. Bundan qəzəblənən Xaçaturov şəxsiyyət və layəqətinin təhqir etdiyinə görə Qriqoryanı məhkəməyə verib və vurduğu mənəvi ziyana görə təzminat olaraq 2 milyon dram tələb edib.

Onu da xatırladaq ki, Xaçaturov 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkədə konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. Bu səbəbdən də, İrəvanın başlatdığı daxili hüquqi prosedurla KTMT-dəki postundan vaxtından əvvəl geri çağırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 559