100 yaşlı Nazirliyin - nazirləri: Tarixi arayış


11:42     22 Noyabr 2018 18_11_22_1542872459.jpg

Noyabrın 22-si Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu tarix 15 il öncə mərhum prezident Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

Ölkənin müstəqilliyi uğrunda əvəzsiz xidmətləri olan ədliyyə orqanlarının yaradılmasından 100 il ötür. Nazirliyin yaranması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb.


100 yaşlı nazirliyə indiyədək kimlər rəhbərlik edib?

Femida.az kiçik araşdırma apararaq qurumun gəlmiş-keçmiş rəhbərləri haqda məlumat toplayıb.

Nazirliyin yaranması AXC dövrünə təsadüf etdiyindən ilk rəhbər-nazir də klassiklərdən olub.

İlk nazirlər...


Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olub (28.05.1918 – 17.06.1918.),

Daha sonra Fətəli xan Xoyski (17.08.1918-07.12.1918), Teymur bəy Makinski (26. 12. 1918 - 14. 03. 1919.), Aslan bəy Səfikürdski (14. 03. 1919 – 22. 12. 1919.) yüksək postda təyinat alıblar.

AXC dövründə qurumun sonuncu rəhbəri yenidən Xəlil bəy Xasməmmədov olub. (24. 12. 1919 – 01. 04. 1920.)

Lakin Rusiyanın aprel istilasından sonra AXC kimi nazirlikdə müstəqilliyini itirərək SSRİ-nin tərkibində fəaliyyət göstəməyə məhkum olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ədliyyə orqanları yeni mərhələyə qədəm qoyub. Sovet ideologiyasında azad olan sistem yenidən qurulmağa başlayır.


2 il nazir işləyən deputat





Milli Məclisin deputatı, Ədalət partiyasının sədri İlyas ismayılov 1992-ci ilin aprelində ədliyyə naziri təyin edilib. O nazir postunda 2 il fəaliyyət göstərə bilib. 1995-ci ilin yanvarında İlyas İsmayılov prezident Heydər Əliyevin sərəncamı ilə nazir vəzifəsindən uzaqlaşdırılıb.

Azərbaycanın xanım naziri...




İlyas İsmayılovun yerinə ədliyyə orqanlarında yetərincə tanınan şəxs Südabə Həsənova təyinat alıb. O, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini icra edib. Vikipediya yer alan məlumata görə, Südabə Həsənova 2000-ci ildə yerini hazırki ədliyə naziri Fikrət Məmmədova verib.

O daha sonra prezidentin fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin baş redaktoru olub. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılıb.

Fikrət Məmmədov...




Azərbaycanın hazırda ədliyyə naziri Fikrət Məmmədovdur. O, 2000-ci ildən indiyədən bu vəzifəni icra edir.

Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olub.1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetininhüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib. Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilib.

2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilib. 2005-ci ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbayjan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

Azərbaycan Respublikasının ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Evlidir, 3 uşağı var.

Açar sözlər: #Ədliyyə_Nazirliyi   #Fikrət_Məmmədov   #Hüquq   #Tarix   #Nazirlər  

Oxunub: 1366