Azərbaycanda yeni medal təsis edilir


12:00     22 Noyabr 2018 milli%20meclis2.jpg

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" medalı təsis olunur.

Femida.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilir.

Qanuna edilən əlavə ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" medalı təsis olunur.


Bu medalla 2019-cu il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanan zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən, ehtiyata (istefaya) buraxılan zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif olunurlar.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Açar sözlər:

Oxunub: 383