Ordumuzun nümayəndələri beynəlxalq tədbirlərdə


21:33     22 Noyabr 2018 mudafie%20nazirliyi7.jpg

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə baş tutacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankara şəhərində keçirilən planlaşdırma iclasında Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.



Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda həmçinin vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında neft və qaz kəmərlərinin mühafizəsi, təcrübə mübadiləsi və qarşılıqlı uyarlığın artırılması məqsədilə Türkiyənin Pınarhisar şəhərində “Eternity-2018” çoxmillətli təlimləri keçirilir.

Kompüter dəstəkli komanda-qərargah təlimi ilk dəfə olaraq eyni zamanda ərazidə və hər üç dövlətin hərbi bölmələrinin cəlb olunması ilə icra edilir.

Açar sözlər:

Oxunub: 360