Agentlik: "İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq"


17:11     22 Noyabr 2018 18_11_22_1542891644.jpg

"İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir".

Femida.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinə həsr olunan tədbirdə bildirib.

O qeyd edib ki, Yol Xəritəsinə əsasən, dövlət tibb müəssisələrinin İTS sisteminə hazırlanması və maliyyə dayanıqlılığının təmin edilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, vətəndaşların daha keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsində Azərbaycan hökumətinə dəstək göstərməyə hazırdır.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan qeyd edib ki, səhiyyə xərclərinin azaldılması, o cümlədən xüsusilə analara və uşaqlara daha yaxşı tibbi xidmətlərin göstərilməsi nəticəsində gələcəkdə ölkə daha məhsuldar insan resurslarına malik olacaq.

Açar sözlər:

Oxunub: 480