Novxanıda maşından 15 mindən çox pul oğurlanıb


17:55     22 Noyabr 2018 Pul-manat.jpg

Novxanıda evdən və avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub.
DİN-dən Femida.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Xəqani Abbasovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Novxanı qəsəbəsində daha 2 evdən və “Jeep” markalı avtomobildən ümumilikdə 14700 manat, 500 ABŞ dolları, 1 ədəd planşet və sənəd oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 389