"İT məhsulumuzu dünya bazarına çıxarmağın vaxtıdır" - İqbal Babayev


20:21     22 Noyabr 2018 2018/11/received_120593025527799_1542903478.jpeg

"Bütün texnologiyalar həm Sovetlər birliyindən, həm də Avropadan ixrac olunub. İndi biz prosesi tam mükəmməl tətbiq edəndən sonra İT platformaya keçmək istəyirik. Amma biznes prosesin özündə də hüquqi problemlərimiz var".

Femida.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib.

O bildirib ki, informasiya texnologiyaları (İT) intellekt məhsulu olduğu üçün ixracda rüsum tətbiq olunmur və bu, çox sevindirici haldır. Dünya bazarında intellektual məhsullarımız demək olar ki, yox səvviyəsindədir. Öz potensialımıza görə çox azdır. Dünya bazarında hər məhsula düşən xərclər və onun resursları günü-gündən artır. Bazarın qloballaşması, eyni zamanda resurslara düşən xərcin artması ümumiyyətlə milli məhsulun dünya bazarında rəqabətliliyini zəiflədir. Ona görə milli məhsulun dünya bazarında yüksək reytinqə mənsub olması üçün əsasən konsepsiya satmalıyıq. Yerli İT bazarında çox məhsullarımız var ki, yüksək reytinqə malikdir".

"Gömrük Komitəsi həmişə informasiya texnologiyaları sahəsini dəstəkləyib. Hər hansı bir problem olarsa, dərhal həll edirik. Çünki artıq informasiya texnologiyaları məhsulumuzu dünya bazarına çıxarmağın vaxtıdır", - deyə İ.Babayev qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər:

Oxunub: 1141