Direktor olmaq istəyənlərin nəzərinə! - Bu tələb ləğv olundu
21:55 22 Noyabr 2018
Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq.
Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
M.Camalzadənin sözlərinə görə, namizədlər 90 dəqiqə davam edən imtahanda yalnız 60 test sualına cavab verəcəklər.
Mərkəz rəhbəri qeyd edib ki, bu gündən keçirilməyə başlayan və sabah da davam edəcək direktorların işə qəbulu müsabiqəsinin test mərhələsində 1600-dən çox şəxsin iştirak edəcəyi gözlənilir.
M.Camalzadə qeyd edib ki, müsabiqənin müsahibə mərhələsinin dekabrda keçirilməsi, ümumilikdə isə bu iln sonunadək müsabiqənin yekunlaşması nəzərdə tutulur. Müsabiqədə uğur qazanan namizədlər yeni ilin əvvəlindən öz vəzifələrinin icrasına başlaya biləcəklər. (Trend)
Femida.az
Oxunub: 430
Oxşar xəbərlər
- Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb
- Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək
- Direktorların işə qəbulu imtahanlarının nəticələrinin təhlili açıqlanıb
- Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı
- Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
- Direktorların işə qəbulu üzrə test imtahanları başlayır
- Direktordan hicab qalmaqalına münasibət: Heç bir şiddət olmayıb
- Direktor olmaq istəyənlərin nəzərinə!
- Direktoru olmaq üçün 13 mindən çox namizəd müraciət edib
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilib