Türkiyə möcüzəyə imza atdı - VİDEO


14:51     14 Oktyabr 2015 f575eb85-ae7f-4cad-929e-5cfbccd02047.jpg

Türkiyə yığması futbol üzrə Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində keçirdiyi son oyunda İslandiyanı məğlub edib (1:0) və ən yaxşı qrup üçüncüsü kimi turnirin final mərhələsinə vəsiqə qazanıb.


Femida.az xəbər verir ki, bu yolda türklərin əsas rəqibi son tura qədər Macarıstan yığması olub.

Yekunda Türkiyə öz qrupunda 18 xal, Macarıstan isə 16 xal toplayıb. Macarlar play-off mərhələsində mübarizəni davam etdirəcəklər.

Türkiyə son qrup oyununda İslandiya millisini qəbul edib. Dramatik keçən oyunda qolu 89-cu dəqiqədə Səlcuq İnan cərimə zərbəsindən vurub.

Avro-2016. "A" qrupu:

Türkiyə-İslandiya - 1:0
Qol: Səlcuk İnan, 89 (1:0)

Açar sözlər:

Oxunub: 1216