Qapı bağlandı - Azyaşlı köməksiz qaldı


08:40     23 Noyabr 2018 fhn%20bagli%20qapi.jpg

Bakı şəhərinin Suraxanı rayonunda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, 1 nəfər azyaşlı giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.​

Femida.az

Açar sözlər:

Oxunub: 399