Daxili orqanlarında heroin gizlətdilər - FOTOLAR


10:04     23 Noyabr 2018 2018/11/02-1542952538_1542953190.jpg

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, noyabrın 19-da “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana gələn İran vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna görə saxlanılıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Femida.az

Açar sözlər:

Oxunub: 352