Aygün Bəylərin qardaşı Ali Məhkəməyə müraciət etdi
11:07 23 Noyabr 2018
İstintaq zamanı birgə marixuana əkdikləri dostlarını öldürməkdə və narkotik dövriyyəsində təqsirləndirilənlər - Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovla bağlı Ali Məhkəməyə müraciət edilib.
Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu işlə bağlı Baş Prokurorluq kassasiya şikayəti verib və cəzaların ağırlaşdırılmasını tələb edib.
Həbsdə olan şəxslər isə cəzalarının yüngülləşdirilməsini istəyiblər. A.Hümmətov ona bəraət verilməsini tələb edib.
Hər iki şikayətə hakim Əli Seyfəliyevin icraatında baxılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A. Hümmətov və C. Alxasov həm də qətl üzrə bəraət alıblar.
E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.
Oxunub: 353
Oxşar xəbərlər
- Aygün Attar “Dostluq” ordeni ilə təltif edilib
- Aygün Kazımovanın qardaşı azadlığa çıxdı - ÖZƏL
- Aygün Bəylərin qardaşının məhkəməsindən xəbər var: Prokurorluq protest verdi
- Aygün Bəylərin qardaşına hökm oxundu
- Aygün Bəylərin qohumunu öldürən şəxs məhkəməyə gəlmədi
- Aygün Bəylər məhkəməyə gəlmədi
- Aygünlə Röya məhkəmədə üz-üzə gələcək - Tarix açıqlandı
- Aygün Bəylərin qardaşı məhkəmə qarşısında
- Aygün Bəylərin adam öldürən qardaşından XƏBƏR VAR
- Aygünün qardaşının məhkəməsindən - " Vərəm xəstəsidir "