Necə oğurluq etdiyini göstərdi - FOTOLAR


12:43     23 Noyabr 2018 2018/11/6dd4ad-6171845752_3085925366.jpg

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən şəhər telefon qovşağına məxsus strateji əhəmiyyətli rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb.

DİN-nin mətbuat xidmtindən Femida.az
-a verilən xəbərə görə, bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtyarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Z.Tağıyev qəsəbəsi sakini Nicat Heydərov saxlanılıb.




Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus quyulardan ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı daha sonra yandıraraq mis halında əlvan metal qəbulu məntəıqələrinə satdığı məlum olub.



Qeyd edək ki, N.Heydərov bir müddət əvvəl yaşadığı qəsəbənin ərazisində rabitə quyularında yeni kommunikasiya xəttlərin çəkildiyini müşahidə edib. O. ifadəsində elə həmin vaxtdan kabelləri oğurlamaq fikrinə düşdüyünü bildirib. Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Femida.az

Açar sözlər:

Oxunub: 868