Dilqəmin oğlundan Paşinyana sual: “Atamdan niyə qorxursan?”


13:11     23 Noyabr 2018 dilqemm0.jpg

“Ermənistan hökuməti iki yaşlı xəstə adamdan nə istəyir? Ermənilər iki qoca girovdanmı qorxurlar?”


Femida.az
xəbər verir ki, bunu Azvision.az-a kəlbəcərli girov Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, yaxın gələcəkdə atasının və Şahbaz Quliyevin Ermənistandan geri alınacağına inandığını bildirib.
“Ölkə baçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində məm əminəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundan azad ediləcklər. Ailəmizin ümidi hələ də var ki, onlar geri qaytarılacaqlar.

Bu yaxınlarda mətbuatdan oxudum ki, Paşinyan girovların dəyişdirilməsindən imtina edib. Atamgilin Kəlbəcərə getməkdə tək məqsədləri öz doğmalarının qəbirlərini ziyarət etmək olub. Əvəzində onlar 4 il 5 aydır ki, qanunsuz olaraq girov saxlanılırlar və vəhşicəsinə işgəncələrə məruz qalırlar. Paşinyan öz açıqlamasında bildirir ki, guya onlar cinayətkardılar, ora gələrək hansısa qanunsuz əməllər törədiblər.

Paşinyana mətbuat vasitəsi ilə sual verirəm, bir insanın öz rayonuna gedib doğmalarının qəbrini ziyarət etməsi günahdırmı? Atamgil günahkardırsa, bəs onlara vəhşicəsinə işgəncələr verib, həbsə atanlar nədir? Onların günah payını hara yazaq? Bütün insanlar əzizlərinin qəbrini ziyarət edirlər. Onda belə çıxır ki, onlar da günahkar və cinayətkardılar? Ermənistan hökuməti, Paşinyan atamgili cinayətdə günahlandırır, özlərinin etdiklərini isə gizlədirlər. Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdilər. Bunu niyə dilə gətirmirlər? Halbuki onun heç bir günahı yox idi. Qoy Ermənistan cavab versin, H. Həsənovun ölümündə kimi həbs etdilər, kim cavab verdi? Atam hansı cinayəti törədib, hansı qətldən söhbət gedir?”.

K. Əsgərov Kəlbəcər girovlarının qanunsuz olaraq mühakimə edildiyini söyləyib.
“Atamgilə qanunsuz məhkəmə etdilər. Yalandan iş kəsib həbsə atdılar. Onlar yaşlı, xəstə insanlardılar. Ermənistan hökuməti bu iki qoca, xəstə insandanmı qorxur? Mənim atam diversant, kəşfiyyatçı olmayıb. Sıravi insan kimi ora getmişdi. Mən əminəm ki, atam gec-tez geri veriləcək. Artıq bir ildir ki, atamdan rəsmi məktub yoxdur. Yalnız şifahi məlumat verilir. Ona necə inanaq?”.

Femida.az

Açar sözlər: #Kəlbəcər   #Girov   #Ermənistan  

Oxunub: 1133