Sürüşmə zonasında yeni çatlar yarandı - Nazirlikdən açıqlama


15:57     23 Noyabr 2018 2018/10/bayil-badamdard_1539766697.jpg

23 noyabr 2018-ci il tarixində Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.

Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb. Monitorinqlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 451