Ombudsmanın maaşı artırılır


19:42     23 Noyabr 2018 18_11_23_1542985970.jpg

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılır.

Femida.az -ın Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.

Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq.

Hazırkı qanunvericiliyə əsasən isə, müvəkkil 2025 manat məbləğində aylıq əməkhaqqı alır.
Ombudsmanla bağlı qanuna dəyişiklik layihəsi Milli Məclisin noyabrın 27 və 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır.

Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən o, fəaliyyətini davam etdirir.

Açar sözlər:

Oxunub: 592