Güləşçilərimiz "Əhməd Kadırov" turnirində iştirak edəcəklər


20:55     23 Noyabr 2018 publika.az1434603605GULESH.jpg

Azərbaycanın sərbəst güləşçiləri noyabrın 24-25-də Rusiyanın Qroznı şəhərində keçiriləcək "Əhməd Kadırov" turnirində iştirak edəcəklər.

Femida.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı yığmanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborov (125 kq) təmsil edəcək.

Bu turnirdə Hacımurad Hacıyev və Aslanbek Alborov yuxarı çəkidə qüvvəsini sınayacaq.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə yarışda ədaləti qoruyacaq.

Açar sözlər:

Oxunub: 402