Dənizdə köməksiz qalan iki nəfər xilas edildi


21:22     23 Noyabr 2018 miqrant_qayiq1494275083.jpg

Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.
Femida.az FHN-ə istinadən xəbər verir ki, xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.

Açar sözlər:

Oxunub: 389