Zabit Səmədov rusiyalı döyüşçüyə qarşı


16:11     24 Noyabr 2018 18_11_24_1543050241.jpg

Dekabrın 2-də Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirəcək.


Femida.az -ın xəbərinə görə, görüş “Axmat” Fight Show gecəsində baş tutacaq.

“Minsk-Arena”da keçiriləcək beynəlxalq döyüş turnirində gecənin əsas görüşü “Mauqli” ləqəbli Zabit Səmədovla rusiyalı Yevgeni Orlov arasında olacaq.

Bundan başqa, döyüş gecəsində baş tutacaq on görüş arasında digər azərbaycanlı Elxan Əliyev də mübarizə aparacaq. 73 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımızın rəqibi İran əsilli Almaniya vətəndaşı Cihad Akipa olacaq.

Açar sözlər:

Oxunub: 735