Su polisi Xəzərdə balıqçıları ölümdən xilas etdi


14:24     24 Noyabr 2018 18_11_24_1543050508.jpg

Bu günlərdə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfərin köməyinə Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları çatıblar.

İdarədən Femida.az -a verilən məlumatda bildirilir ki, qayıqda həyatı təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadov bilavasitə Su Nəqliyyatında Polis İdarəsinin rəisinin nəzarəti və səyi nəticəsində xilas edilib.

Su polisi tərəfindən köməksiz qalan balıqçıların yerləri müəyyən edilib və həyatları xilas olunub.

Açar sözlər:

Oxunub: 378