Yollarla bağlı hesabat: 23 rayonda...


18:53     24 Noyabr 2018 2018/11/yol-odenis_1543050846.jpg

Bu ilin 9 ayı ərzində Azərbaycanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, 2 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayıt şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.


Femida.az xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qurumun 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclaslnda deyib.

O bildirib ki, hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 9 körpü təmir edilib. Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 537


Oxşar xəbərlər