Saatlıda insident - Kriminal avtoritet qətlə yetirildi


10:12     25 Noyabr 2018 2018/02/polis_yeni_1518511611.jpg

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.

Məlumata görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.

Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib. Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 873