Kürəyindən bıçaqlandı


16:37     25 Noyabr 2018 bicaq.jpg

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1985-ci il təvəllüdlü Aşağı Kəsəmən kənd sakini Sərvaz Vəliyev kürək və bud nahiyələrindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Kişinin hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə orta yaşlı kişi bıçaqlanıb.

Açar sözlər:

Oxunub: 358


Oxşar xəbərlər