İstirahət günlərində 216 cinayət törədilib
09:41 26 Noyabr 2018
Ötən həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat xidmətindən Femida.az verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 216 cinayət faktı qeydə alınıb, onların da 30-u "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Oxunub: 271
Oxşar xəbərlər
- İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb
- İstirahətdən qayıdan ailə yol qəzasına düşüb, xəsarət alan var
- İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin havası
- İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
- İstirahət günlərində gözlənilən hava proqnozu
- İstirahət günləri üçün hava proqnozu
- İstirahət günlərinin hava proqnozu açıqlanıb