Siyəzəndə ağır yol qəzası - 4 nəfər yaralanıb


09:53     26 Noyabr 2018 2018/11/5bfb84c36c321_10ar_1543211642.jpg

Siyəzən rayonu ərazisində 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
10 AR 424 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobiliBakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək beton maneəyə çırpılıb.



Qəza nəticəsində yaralananBakışəhər sakinləri, 1960-cı il təvəllüdlü Rzayev Ceyhun Məsim oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Anar Vaqif oğlu təcili-tibbi yardım maşını iləSiyəzənRegional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyətləri ağır olan digər iki nəfər isə Sumqayıt şəhərindəki xəstəxanaya aparılıb.

Sınıq xəsarətləri alan Ceyhun Rzayev və Anar Rəsulov da ilkin tibb yardımdan sonra müalicələrini davam etdirmək üçünBakışəhərinə yola salınıb. Faktla bağlı araşdırma aparılır. (AzərTAc)

Femida.az

Açar sözlər: #Siyəzən   #Qəza  

Oxunub: 373