Bakı-Naxçıvan aviareysi ləngiyir


12:21     26 Noyabr 2018 naxcivan.jpg

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Naxçıvan reysi ləngiyir.


Şirkətdən Femida.az-a verilən məlumata görə, bu, Naxçıvandakı qatı dumanla əlaqədardır.

Qeyd olunur ki, Naxçıvan hava limanı hələlik uçuşları qəbul edə bilmir.

Bakı-Naxçıvan təyyarəsi səhər saat 08:00-da paytaxtdan havaya qalxmalı, 09:30-da Naxçıvanda yerə enməli idi.

Hava şəraiti yaxşılaşan kimi uçuş həyata keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 843