Müstəntiq iş otağında qətlə yetirən şəxs tutuldu


12:55     26 Noyabr 2018 hebs5.jpg

Noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.


Qeyd edək ki, ilkin məlumatlara görə, Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb. Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində törədildiyi deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 494