“200 min xəstəyə pulsuz dərman veriləcək” - Milli Məclis


18:32     14 Oktyabr 2015 f88851f64b5bcb5b7379702e6995507c.jpg


Milli Məclisin növbəti plenar iclasında büdcə müzakirələri davam etdirilir.

Femida.az xəbər verir ki, iclasda millət vəkilləri büdcə ilə bağlı çıxışlarını və təkliflərini səsləndirirlər. Millət vəkili İlham Məmmədov ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini vurğulayıb. Deputat 200 min diabet xəstəsinə gələn il pulsuz dərman veriləcəyini qeyd edib.

Millət vəkili Rafiq Məmmədhəsənov isə büdcənin sosialyönümlü olmasının müsbət hal kimi qiymətləndirib.
Millət vəkili Jalə Əliyeva aztəminatlı ailələrin mənzil probleminin həlli üçün layihələrin maliyyələşdirilməsini, ipoteka şərtlərinin asanlaşdırılmasını təklif edib.

Millət vəkili Azay Quliyev büdcənin neftin qiymətinin kəskin azaldığı bir dövrdə hazırlandığını nəzərə çatdırıb: “Belə iqtisadi böhran şəraitində müdafiə xərclərimiz nəinki azaldılıb, hətta 4,4 faiz artırılıb. O cümlədən əmək haqları, sosial təminatlar artırılıb”.

Parlamentin komitə sədri Eldar İbrahimov Naxçıvana ayrılan dotasiyanın ixtisara salınmamasını, bu mümkün olmadığı təqdirdə isə əvvəlki səviyyədə saxlanılmasını hökumətdən xahiş edib.

Açar sözlər:

Oxunub: 919


Oxşar xəbərlər