“İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir” - Vladimir Solovyov


15:29     26 Noyabr 2018 2018/11/tyty_1543231783.jpg

Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb.


Femida.az xəbər verir ki, Solovyov bildirib ki, dövlət başçısının Rusiya və Azərbaycan mətbuatında baş verənləri çox ətraflı anlamasının şahidi olub.

Onun sözlərinə görə, İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib: “Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”.

RJB sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var: “Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun”, - V.Solovyov əlavə edib.

Açar sözlər:

Oxunub: 627