Kürdəmirdə tavanı uçan məktəbə baxış keçiriləcək


17:19     26 Noyabr 2018 1362123035_tehsil-nazirliyi.jpg

Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanın uçmasına münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə , Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib.

Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib: "Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək".

Açar sözlər:

Oxunub: 408