Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə


18:30     26 Noyabr 2018 18_11_26_1543238624.jpg

Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Avropa Prokurorlarının Məşvərət Şurasının tədbirində iştirak edib.

Femida.az -ın verdiyi xəbərə görə, 22-23 noyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərət Şurasının (CCPE) 13-cü plenar iclası keçirilib. 2 günlük plenar iclasda ekspert qrupu tərəfindən “Prokurorların müstəqilliyi, hesabatlılığı və etik davranışı” adlı 13 saylı Rəy geniş müzakirə edilərək qəbul edilib.

Tədbirdə Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktorluğunun İnsan hüquqları məsələləri üzrə direktoru Kristof Puarel ölkəmizə sonuncu səfəri barədə danışaraq, aparılmış məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib.

Tədbirdə Azərbaycanı təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov 13 saylı Rəyin müzakirəsi zamanı ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericilik aktları, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi” barədə ekspert qrupunu məlumatlandırıb, verilən təkliflər nəzərə alınaraq sənəddə öz əksini tapıb.

Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq Azərbaycan “Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu” adlı Rəyin hazırlanması üzrə işçi qrupun üzvü seçilib.

Plenar iclasın sonunda Portuqaliyanın nümayəndəsi Hose Manuel Santos Pais yekdilliklə Şuranın növbəti il üçün prezidenti seçilib.

Açar sözlər:

Oxunub: 353