Külli miqdarda qızılın sərhəddən keçirilməsinin qarşısı alındı
17:38 26 Noyabr 2018
Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş çantasını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlamadan öncə, vətəndaşa gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif edilib. Bundan sonra o, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağının olduğu sellofan paketi şalvarının cibindən çıxararaq gömrük əməkdaşına təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 154,29 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 414
Oxşar xəbərlər
- Külli miqdarda "Parliament"i Azərbaycana gətirə bilmədi
- Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Külli miqdarda narkotik maddə aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
- Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
- Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı
- Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
- Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb