Azərbaycanda yeni telekanal yayıma başladı
10:41 27 Noyabr 2018
Azərbaycanda yeni televiziya kanalı - ARB 24 fəaliyyətə başlayıb.
Femida.az xəbər verir ki, 2017-ci il dekabrın 28-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) müsabiqənin qalibi elan edilib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Şirkət 720 kv.m. həcmində pavilyona sahibdir. ARB 24-də virtual dekorasiyalar üçün avadanlıqlar və yeni rəqəmsal yayım avadanlıqları quraşdırılıb.
Kanal 2015-сi ildən etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır. 2016-cı ildən "Türkel TV" olan telekanalın adı dəyişdirilərək "ARB 24" olub.
Bu il noyabrın 12-də xəbər sahəsi üzrə ixtisaslaşmış telekanal ARB 24 daxili test yayımına çıxıb. Kanalın əsas prioriteti iqtisadiyyatdır, yayım biznes kanal formatında olacaq. 24 saat efirdə olacaq kanal gün ərzində London, İstanbul və Nyu York birjasından bağlantılar təqdim edəcək.
Femida.az
Oxunub: 749
Oxşar xəbərlər
- Bu ilin sonuna qədər Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq
- MTRŞ peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib
- Kolumbiya televiziyasında Azərbaycanın Vətən müharibəsindəki zəfərindən danışılıb
- Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək
- XİN radio və televiziya işçilərini təbrik edib
- Azərbaycanda reklam televiziyası yaradılacaq
- Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub
- Televiziya əməkdaşı adı ilə pul istədi
- Azərbaycanda yeni televiziya kanalı açılır
- "Space"in yeni rəhbəri bu xanım oldu