Ermənilər Gürcüstanın 11 rayonuna iddia edir - Düşmən yenə dinc durmur


11:27     27 Noyabr 2018 2018/11/gurcusta_1543304139.jpg

Dekabrın 1-dən Qafqaz – Poti bərə marşrutunun dayanması ilə Ermənistanda yenidən Batumun işğalı ilə bağlı çağırışlar başlayıb.


Femida.az-ın məlumatına görə, dekabrın 1-dən “Cənubi Qafqaz dəmir Yolları” QSC Rusiyanın Kerç boğazında yerləşən Qafqaz limanı ilə Gürcüstanın Poti limanı arasında bərə nəqliyatını dayandırıb.

Bu, isə Ermənistana taxıl idxalını mümkünsüz edib. Məsələ bundadır ki, Gürcüstan hakimiyyəti ölkəni Şimali Qafqazla birləşdirən Lars keçidi ilə taxıl nəqlini qadağan edib. Beləliklə, Ermənistan dekabrın 1-dən Rusiyadan taxıl ala bilməyəcək və bu, ölkənin çörəksiz qalması deməkdir.

Məsələ bundadır ki, Ermənistan hər il Rusiyadan 400 min tona yaxın buğda gətirir, yəni ölkənin ərzaq buğdasına olan tələbatı bütünlüklə Rusiya hesabına ödənir. İndi belə çıxır ki, Ermənistan quru yolla Gürcüstan ərazisindən keçməklə Rusiyadan taxıl idxal edə bilməyəcək. Yeganə yol İranın Ənzəli limanı vasitəsi ilə taxıl idxalı ola bilər ki, həmin limanın da texniki gücü buna imkan vermir. Məsələ bundadır ki, İran özü Rusiyadan ildə 1,7 milyon ton taxıl idxal edir ki, bu, əsasən Ənzəli limanı vasitəsi ilə gerçəkləşdirilir.

Yəni ermənilər üçün də taxıl idxal etmək üçün İran yeni infrastrukturlar tikməlidir ki, rəsmi Tehran bu təklif ilə çıxış edən İrəvana maliyyət vəsaitlərini özünün tapmasını təklif edir. İstənilən halda, bu iş üçün Ermənistan vəsait tapsa belə, buna zaman lazımdır. Hələliksə Ermənistan taxıl qıtlığını bahalı yollarla həll etməlidir ki, bu da ölkədə çörəyin bahalaşmasına səbəb olacaq.

Çörək erməni ailələrinin ərzaq səbətində ciddi yer tutur və onun bahalaşması ölkədən miqrasiyanı daha da artıracaq və Ermənistan yeni bir köç dalğası ilə üz-üzə qalacaq. Erməni ekspertlər bu təhlükəni 1990-cı illərdə yaranmış enerji qıtlığı ilə müqayisə edirlər – onların dediyinə görə, həmin vaxtlar Ermənistanı milyonlarla insan adam tərk etmişdi.



Ermənilər Gürcüstanın Cavaxetiya və Acarıstan bölgələrini işğal etmək istəyirlər

Bəzi ekspert dairələri isə məsələni kökündən həll etməyə və Gürcüstanın bu addımına daha radikal qarşılıq verməyə çağırırlar. Məsələn, Ermənistanın populyar analitika saytı “Lragir” iddia edir ki, Gürcüstana ərazi iddiaları irəli sürməyin vaxtı çatıb: “100 il qabaq Türkiyə və Rusiya regionu Ermənistanın hesabına bölüblər… Faktiki olaraq Batumu erməni torpaqlarına dəyişiblər”.



Cavaxetiya bölgəsinə daxil olan rayonlar

Qeyd edək ki, bu fikir Saakaşvilinin vaxtında – Acarıstanın rəhbəri Aslan Abaşidze olanda daha çox səslənirdi. Ermənilər Acarıstanın və Cavaxetiyanın, yəni bütün Cənubi Gürcüstanın Rusiyanın himayəsi altında Ermənistana birləşdirilməsini təklif edirdilər. Onlar Moskvanın himayəsi altında olan Aslan Abaşidzenin bu işdə ermənilərə dəstək verəcəyini güman edirdilər. Həmin variantda Gürcüstanın acarlar və ermənilər yaşayan 11 rayonu Ermənistanın nəzarətinə keçməlidir.

Ermənilər hətta həmin regionun yerli əhalisi olan Axıska türklərinin öz vətənlərinə qayıtmasına icazə verən Mixail Saakşvilini milli düşmənləri elan etmişdilər. Məsələ bundadır ki, keçmişdə Osmanlı imperiyasının Axısqa paşalığına daxil olan ərazilərdə, yəni Axaltsixe və ətraf rayonlarda yaşayan türklər 1944-cü ildə Orta Asiyaya sürgün edilən zaman onların yerlərinə ermənilər köçürülmüşdü və həmin ermənilər indi həmin regionu Ermənistana birləşdirməyin yollarını axtarırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 2471