Vəfat etmiş zəvvarların ailələrinə kompensasiya verilib


19:15     14 Oktyabr 2015 qafqaz%20m.jpg

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı vəfat etmiş azərbaycanlı zəvvarların ailələrinin hər birinə 6 min manat məbləğində kompensasiya ödəyib.


Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

"Kompensasiya QMİ ilə zəvvar arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada ödənilib", - R.Dadaşova bildirib.

Xatırladaq ki, Həcc ziyarəti zamanı üç nəfər azərbaycanlı zəvvar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib./report/

Açar sözlər:

Oxunub: 1106