"İlin şairəsi", "ilin ekstrasensi"... - Bu təltiflərin hüquqi əsası varmı?


13:18     27 Noyabr 2018 2018/11/1_1543310321.jpg


“İlin adamı”, “ilin müəllimi”, “ilin ekstrasensi”… Bu siyahını çox uzatmaq olar. Son vaxtlar ölkədə dəbə minən “mədəni adət”lərdən biri də bu mükafatlandırmalardır.

Əslində heç bir hüquqi yükü olmayan bu cür sertifikat, diplom və təltifnamələrin belə rahat şəkildə verilməsi qanunda olan boşluqdan qaynaqlanır.

Bu gün kim kimə istəsə bu cür təltifnamələr təqdim edib onu mükafatlandıra bilir. Rəsmi şəkildə var olmayan qurumlar adətən belə mükafatlar verərkən, heç bir imza və möhürdən istifadə etmir. Çünki aydın məsələdir ki, möhür almaq üçün VÖEN sahibi olmaq mütləqdir.

Bunu Femida.az-a hüquqşünas Ellada Bayramova açıqlamasında bildirib:

“Belə plaketlərə istənilən sözləri yazıb istənilən şəxsə təqdim etmək olmaz. Misal üçün sertifikat təhsil kursu tərəfindən verilibsə, Təhsil Nazirliyindən icazəsi olmalıdır. Üzərində imza, möhür və onu verən təşkilatın adı yoxdursa, deməli hüquqi əsası yoxdur. Sertifikatı alan şəxs onun üzərindəki möhürü, möhürün VÖEN seriyasını tələb etməlidir. Onu hansı təşkilat və orqan veribsə qeyd edilməlidir.



Təəssüf ki, qanunvericilikdə bunu qadağan edən heç bir müddəa yoxdur. Hüquqi əsası budur ki, guya hansısa bir qurumdur, bir insanın il ərzində fəaliyyətini təhlil edir və onu “ilin adamı” və s. seçir. Təəssüf ki, hüquqi baxımdan məsuliyyət yaratmadığı üçün bəzi adamlar maddi maraq naminə bu cür mükafatlandırmalara əl atırlar”.

Sözügedən diplom və sertifikatlardan bəzilərinin fotolarını təqdim edirik:











Amin Nəzərli

Femida.az

Açar sözlər: #femida   #hüquq   #qanun   #vəkil   #hüquqşünas   #diplom   #təhsil   #sertifikat  

Oxunub: 3131