Yarım kilometrlik telefon kabeli oğurlandı - Əridib satıb


15:00     27 Noyabr 2018 2018/11/707451_1543316550.jpg

Bakı Telefon Rabitəsi MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.


Femida.az xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 m kabeli oğurladığı müəyyən olunub.

Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 583