"Vəkillərə vergi güzəştləri tətbiq olunsun" - Əli Hüseynli


14:35     27 Noyabr 2018 2018/02/eli-huseynli_1519378266.jpg


“Azərbaycanda qəbul edilən qanunlarla vəkillik sistemində ciddi islahatlar başlanılıb. Vəkillər tərəfindən göstərilən hüquqi yardıma görə əldə olunan vəsaitlərdən xərclər çıxılmadan 7 faizi Dövlət Sosial Müdafiə Fonduna ayırmalar aparmaqla yanaşı, bu vəsaitlər gəlir vergisinə də cəlb olunur. Həmçinin dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödənilən hər bir saat üçün 6 manatdan formalaşan vəsait də son nəticədə vergiyə cəlb edilir. Beləliklə, vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vegi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“Ümid edirəm ki, gələcəkdə vəkillik fəaliyyəti ilə də bağlı həm vergi, həm də digər icbari ödənişlərə də güzəştlər tətbiq olunacaq”- deyə Ə.Hüseynli vurğulayıb. / azvision

Femida.az

Açar sözlər: #Əli_Hüseynli   #deputat   #millət_vəkili   #femida   #hüquq   #vergi   #vəkil  

Oxunub: 2459