"Vəkillərə vergi güzəştləri tətbiq olunsun" - Əli Hüseynli
14:35 27 Noyabr 2018
“Azərbaycanda qəbul edilən qanunlarla vəkillik sistemində ciddi islahatlar başlanılıb. Vəkillər tərəfindən göstərilən hüquqi yardıma görə əldə olunan vəsaitlərdən xərclər çıxılmadan 7 faizi Dövlət Sosial Müdafiə Fonduna ayırmalar aparmaqla yanaşı, bu vəsaitlər gəlir vergisinə də cəlb olunur. Həmçinin dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödənilən hər bir saat üçün 6 manatdan formalaşan vəsait də son nəticədə vergiyə cəlb edilir. Beləliklə, vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vegi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
“Ümid edirəm ki, gələcəkdə vəkillik fəaliyyəti ilə də bağlı həm vergi, həm də digər icbari ödənişlərə də güzəştlər tətbiq olunacaq”- deyə Ə.Hüseynli vurğulayıb. / azvision
Femida.az
Oxunub: 2458
Oxşar xəbərlər
- Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb
- Əli Hüseynli məhkəmə-hüquq islahatlarından danışdı
- “Azərbaycan dövləti təzminat almaqda israrlıdır” - Əli Hüseynli
- Putinin son Qarabağ açıqlaması Azərbaycanı qane edir - Əli Hüseynli
- "Cinayət yolu ilə əldə olunan vəsaitlər müsadirə olunmalıdır" - Əli Hüseynli
- "DİN üzərinə düşən vəzifələri yerinə yetirir" - Əli Hüseynli
- “Məhkəmə-hüquq sistemində islahatlar dərinləşir” - Əli Hüseynli
- Əli Hüseynli: "Prezident İlham Əliyev tarixçilərə dərs keçdi"
- Əli Hüseynli: "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ
- Əli Hüseynli: "Fərqli məhkəmə qərarları məhkəmə hakimiyyətinin nüfuzunu artırmır"